https://news.day.az/azerinews/1770338.html Azərbaycanın bəzi ərazilərində leysan yağıb - FAKTİKİ HAVA İyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 27-si saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb.

Azərbaycanın bəzi ərazilərində leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanca, 27 июля 2025 10:10 (UTC +04:00) 462
Azərbaycanın bəzi ərazilərində leysan yağıb

İyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 27-si saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir.

Şərq küləyi əsib. Küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib.

İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости