https://news.day.az/azerinews/1778718.html Ölkənin bir sıra ərazilərində leysan yağıb, duman olub - FAKTİKİ HAVA Sentyabrın 7-sı saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Trend-ə məlumata görə, sentyabrın 7-si saat 10:00-a olan məlumatına əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb.

Ölkənin bir sıra ərazilərində leysan yağıb, duman olub - FAKTİKİ HAVA

Azərbaycanca, 7 сентября 2025 11:05 (UTC +04:00) 367
Ölkənin bir sıra ərazilərində leysan yağıb, duman olub

Sentyabrın 7-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə məlumata görə, sentyabrın 7-si saat 10:00-a olan məlumatına əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb.

Belə ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 mm-dək qeydə alınıb.

Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-da 35 dərəcəyədək isti qeydə alınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости