Sürücü BYD ilə qəzaya düşdü, hava yastığı açılmadı

Azərbaycanda Çin istehsalı avtomobillərlə bağlı problem bitmək bilmir.

Day.Az xəbər verir ki, həmin avtomobillərlə bağlı daha bir problemin videosu sosial şəbəkələrdə yayılıb.
Bu dəfə problem daha böyükdür.

Sürücünün sözlərinə görə, "BYD Seagull" avtomobili ağaca çırpılıb, amma hava yastıqları açılmayıb.
Avtomobilin qabağında və ətraf hissələrdə ciddi əziklər olsa da, hava yastığının açılmaması sürücünün etirazına səbəb olub.

Sürücü video çəkərək BYD şirkətinin Çindəki zavoduna və Azərbaycan nümayəndəliyinə müraciət edib.

O, bildirib ki, hava yastığının açılmasından əlavə, avtomobilin əzilən detallarını tapa bilmir.

Həmin görüntüləri təqdim edirik.