Həmyerlimiz 48 uşaq dünyaya gətirən 41 yaşlı qadının evində

Azərbaycanlı blogerlər Afrikada 48 uşaq dünyaya gətirən 41 yaşlı qadının evində qonaq olub. 

Day.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. 

Blogerlər bildiriblər ki, Azərbaycan adətlərinə görə əliboş qonaq getmək olmaz. 

Bu səbəbdən, onlar evə bazarlıq etmək istəyiblər. 

Afrikalı bələdçi isə ailənin vəziyyətinin çox pis olduğunu deyib. Bildirib ki, bazarlıq etmək əvəzinə pul versələr, daha yaxşı olar. Blogerlər isə həm bazarlıq edəcəklərini, həm də onların övladlarının təhsil xərclərinə köməklik edəcəklərini deyiblər. 

Elxan Əliyev
Day.Az