https://news.day.az/azerinews/1799495.html
Hökümə Əliyeva son dəfə sərnişinlərini belə salamlamışdı - YENİ KADRLAR
Ötən il Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin içindən yeni görüntülər yayılıb. Day.Az xəbər verir ki, videonu təyyarə qəzasında atasını itirən Abbas sosial şəbəkədə paylaşıb. O bildirib ki, iki gün əvvəl atası Rəşid Qıstarovun telefonunu əldə edib.
Hökümə Əliyeva son dəfə sərnişinlərini belə salamlamışdı - YENİ KADRLAR
Ötən il Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin içindən yeni görüntülər yayılıb.
Day.Az xəbər verir ki, videonu təyyarə qəzasında atasını itirən Abbas sosial şəbəkədə paylaşıb.
O bildirib ki, iki gün əvvəl atası Rəşid Qıstarovun telefonunu əldə edib. Bu görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре