Ukraynada müharibənin bitməsi beynəlxalq hüquqa uyğun olmalıdır

Rusiya-Ukrayna müharibəsinin sonu beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır.

Day.Azxarici KİV-ə istinadən xəbər verir ki, bunuBMT-nin Baş katibi Antoniu Quterreş deyib.

 

"Düşünürəm ki, hələ də həll yolundan çox uzağıq", - Quterreş bildirib.

Baş katib həmçinin vurğulayıb ki, ABŞ Qəzza zolağında humanitar yardımın çatdırılmasına maneələrin aradan qaldırılmasında mühüm rol oynayıb.