Hazırda 36 azərbaycanlı tələbə İsveç hökumətinin təqdim etdiyi magistratura təqaüdündən yararlanır - Mikael Silkeberg Sajid
Dünyada 36 azərbaycanlı tələbə hazırda İsveç hökumətinin təqdim etdiyi magistratura təqaüdündən yararlanır. Bu isə məni İsveç vətəndaşı kimi qürurlandırır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün İsveçli rejissor Mikael Silkeberg Sajid Qərbi Azərbaycan İcması tərəfindən "Mədəni və Qayıdış Hüququ Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa va sülhə aparan yol kimi" mövzusunda keçirilən III Beynəlxalq Konfransın panel sessiyasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, İsveçlə Azərbaycan arasında münasibətlər çoxlarının düşündüydən də dərindir:
"Dünyada yeganə Nobel qardaşlarının ev muzeyi Azərbaycanda, Bakıdadır".
O əlavə edib ki, Azərbaycanın mədəni irsi vaxtilə məhv edilmişdi, lakin Cənubi Qafqazda sülh danışıqları yeni qapılar açır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре