https://news.day.az/azerinews/1840884.html Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar məlum olub Göygöl rayonunda iki azyaşlının ölümü ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə 2026-cı il iyunun 11-də saat 15:00 radələrində baş verib.

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar məlum olub

Azərbaycanca, 12 июня 2026 10:01 (UTC +04:00) 262
Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar məlum olub

Göygöl rayonunda iki azyaşlının ölümü ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə 2026-cı il iyunun 11-də saat 15:00 radələrində baş verib.

Belə ki, rayonun Bəhrambəy kənd sakini, 2016-cı il təvəllüdlü Yusif Sərxan oğlu Nəsibov və onlara qonaq gələn qohumu, 2017-ci il təvəllüdlü Ramil Rövşən oğlu Həsənov evin yaxınlığında yerləşən, əkin sahələrinin suvarılması üçün istifadə olunan su hövzəsində çimərkən boğulublar.

Azyaşlıların meyitləri həmin su hövzəsində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости