https://news.day.az/azerinews/1842486.html Ağdamda avtomobil 4 piyadanı vurub Ağdam rayonunda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az-ın məlumatına görə, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, VAZ-2106 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında olan dörd piyadanı vurub.

Ağdamda avtomobil 4 piyadanı vurub

Azərbaycanca, 18 июня 2026 23:11 (UTC +04:00) 360
Ağdamda avtomobil 4 piyadanı vurub

Ağdam rayonunda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az-ın məlumatına görə, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, VAZ-2106 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında olan dörd piyadanı vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости