https://news.day.az/azerinews/1843388.html Bitkoinin qiyməti mühüm ilə bağlı MÜHÜM XƏBƏR Kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində cüzi artaraq 2,19 trilyon dollara yüksəlib. Day.Az xəbər verir ki, məlumata görə, Bitkoinin qiyməti 63 991 dollar təşkil edib. Bu göstərici son sutka ərzində 0,16 faiz artım deməkdir. "Ethereum" isə 0,11 faiz ucuzlaşaraq 1 728 dollara enib.

Bitkoinin qiyməti mühüm ilə bağlı MÜHÜM XƏBƏR

Azərbaycanca, 23 июня 2026 09:28 (UTC +04:00) 288
Bitkoinin qiyməti mühüm ilə bağlı

Kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində cüzi artaraq 2,19 trilyon dollara yüksəlib.

Day.Az xəbər verir ki, məlumata görə, Bitkoinin qiyməti 63 991 dollar təşkil edib. Bu göstərici son sutka ərzində 0,16 faiz artım deməkdir. "Ethereum" isə 0,11 faiz ucuzlaşaraq 1 728 dollara enib.

Eyni zamanda, BNB 0,19 faiz bahalaşaraq 590,8 dollara çatıb. Qızıla indekslənmiş rəqəmsal aktivlərdən "PAX Gold"un qiyməti 0,76 faiz, "Tether Gold"un qiyməti isə 0,81 faiz azalıb.

Ən iri kriptovalyutalar arasında "Monero" 2,31 faiz, "Zcash" isə 1,10 faiz dəyər qazanıb. Bununla yanaşı, "BitTensor" 1,45 faiz, "Bitcoin Cash" isə 1,38 faiz ucuzlaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости