https://news.day.az/azerinews/1843457.html Azərbaycandan keçən növbəti yük Ermənistana yola salındı Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti yük daşınması həyata keçirilib. Day.Az xəbər verir ki, məlumata görə, ümumi çəkisi 408 ton olan gübrə yüklənmiş 6 vaqon Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Yük daha sonra tranzit marşrutu ilə Ermənistana çatdırılacaq.

Azərbaycandan keçən növbəti yük Ermənistana yola salındı

Azərbaycanca, 23 июня 2026 12:49 (UTC +04:00) 301
Azərbaycandan keçən növbəti yük Ermənistana yola salındı

Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti yük daşınması həyata keçirilib.

Day.Az xəbər verir ki, məlumata görə, ümumi çəkisi 408 ton olan gübrə yüklənmiş 6 vaqon Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Yük daha sonra tranzit marşrutu ilə Ermənistana çatdırılacaq.

Statistik göstəricilərə əsasən, indiyədək Azərbaycan üzərindən Rusiyadan Ermənistana 33 min tondan artıq taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.

Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında enerji məhsullarının tədarükü də davam edir. İndiyədək Ermənistana 14 min tondan artıq dizel yanacağı, həmçinin 4 min tondan çox Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости