Maqnit qasırğaları:

Alimlərin məlumatına görə, yaxın günlərdə geomaqnit vəziyyət ümumilikdə sakit qalacaq. 23 və 24 iyun tarixlərində ciddi maqnit qasırğaları gözlənilmir, buna görə də insanların sağlamlığına və texnikaya təsirin minimal olması ehtimal olunur.

Lakin 25 iyunda Günəşdəki koronal dəlikdən gələn yüksək sürətli günəş küləyi axını səbəbilə geomaqnit aktivliyin artması proqnozlaşdırılır.

Day.Az xəbər verir ki, bu, Yer maqnit sahəsində müəyyən qeyri-sabitlik yarada bilər, amma güclü maqnit qasırğası ehtimalı aşağı qiymətləndirilir.

Mütəxəssislər bildirirlər ki, maqnit qasırğaları Günəş partlayışları və plazma atılmaları nəticəsində yaranır. Bu dövrlərdə bəzi insanlarda baş ağrısı, yorğunluq və təzyiq dəyişiklikləri müşahidə oluna bilər. Buna görə kifayət qədər yuxu, bol su içmək və stressdən uzaq durmaq tövsiyə edilir.