https://news.day.az/azerinews/1843618.html Paytaxtın Yasamal və Nizami rayonlarında işıq olmayacaq Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərinin elektrik təminatında məhdudiyyət yaranacaq. Day.Az xəbər verir ki , bu barədə "Azərişıq" ASC-nin Mətbuat Xidməti məlumat yayıb. "İyunun 24-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Paytaxtın Yasamal və Nizami rayonlarında işıq olmayacaq

Azərbaycanca, 23 июня 2026 23:15 (UTC +04:00) 357
Paytaxtın Yasamal və Nizami rayonlarında işıq olmayacaq

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərinin elektrik təminatında məhdudiyyət yaranacaq.

Day.Az xəbər verir ki , bu barədə "Azərişıq" ASC-nin Mətbuat Xidməti məlumat yayıb.

"İyunun 24-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq",-deyə qurumun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrini əhatə edəcək.

"Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",-deyə Səhmdar Cəmiyyətin Mətbuat Xidmətindən əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости