https://news.day.az/azerinews/1843639.html Meşədə külli miqdarda narkotik vasitə AŞKARLANDI - FOTO İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb.

Meşədə külli miqdarda narkotik vasitə AŞKARLANDI - FOTO

Azərbaycanca, 24 июня 2026 09:32 (UTC +04:00) 265
Meşədə külli miqdarda narkotik vasitə

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb.

Ondan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə meşəlik ərazidə gizlətdiyi müəyyən olunub. 

Keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Meşədə külli miqdarda narkotik vasitə
  • Meşədə külli miqdarda narkotik vasitə
  • Meşədə külli miqdarda narkotik vasitə
  • Meşədə külli miqdarda narkotik vasitə
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости