https://news.day.az/azerinews/1843756.html Qiymətləndirmə fəaliyyəti üzrə test imtahanında 272 nəfər iştirak edəcək Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 28-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək. DİM-dən Day.Az-a bildirilib ki, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunacaq. İmtahan vermək üçün 272 nəfər müraciət edib.

Qiymətləndirmə fəaliyyəti üzrə test imtahanında 272 nəfər iştirak edəcək

Azərbaycanca, 24 июня 2026 14:45 (UTC +04:00) 315
Qiymətləndirmə fəaliyyəti üzrə test imtahanında 272 nəfər iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 28-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən Day.Az-a bildirilib ki, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunacaq.

İmtahan vermək üçün 272 nəfər müraciət edib. İmtahanların keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 18 nəzarətçi və 5 buraxılış rejimi əməkdaşı ayrılıb.

Saat 11:00-da başlayan imtahan bir saat davam edəcək.

Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olub imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, namizədlərin imtahana gəlməli olduqları vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini, buraxılış vərəqəsini və kalkulyatoru təqdim etməlidirlər.

Məlumata görə, imtahan 9 istiqamət üzrə keçiriləcək. Namizədlərə seçdikləri istiqamətə uyğun 30 test tapşırığı təqdim olunacaq. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndiriləcək. İmtahanda toplanıla biləcək maksimal bal 60-dır. Otuz və daha çox bal toplayan namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunacaqlar.

İştirakçılar imtahan qaydaları ilə bağlı "Yaddaş kitabçası" vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости