https://news.day.az/azerinews/1844193.html Ağcabədidə ağır yol qəzası ölümlə nəticələnib Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.

Ağcabədidə ağır yol qəzası ölümlə nəticələnib

Azərbaycanca, 26 июня 2026 08:25 (UTC +04:00) 328
Ağcabədidə ağır yol qəzası ölümlə nəticələnib

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qəza rayonun Muğanlı kəndi ərazisində qeydə alınıb. 1988-ci il təvəllüdlü rayon sakini Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobil ilə 2007-ci il təvəllüdlü, əslən Şuşa rayonundan olan Qara Ramil oğlu Həsənovun idarə etdiyi Hyundai markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, Amil Bəylərovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости