https://news.day.az/azerinews/1844244.html Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatına görə, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı iyunun 26-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

Azərbaycanca, 26 июня 2026 11:45 (UTC +04:00) 335
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatına görə, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı iyunun 26-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости