https://news.day.az/azerinews/1844373.html ABŞ İrana zərbələr endirib ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyini açıqlayıb.

ABŞ İrana zərbələr endirib

Azərbaycanca, 27 июня 2026 01:09 (UTC +04:00) 406
ABŞ İrana zərbələr endirib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyini açıqlayıb.

CENTCOM-un məlumatına görə, ABŞ aviasiyası İrana məxsus raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarları, eləcə də sahilyanı radiolokasiya obyektlərini hədəfə alıb. Bildirilib ki, bu addım iyunun 25-də İranın Sinqapur bayrağı altında üzən M/V Ever Lovely yük gəmisinə kamikadze dronlarla hücum etməsindən sonra atılıb.

Komandanlıq hücumun atəşkəs rejiminin və gəmiçilik azadlığının pozulması olduğunu bəyan edib. CENTCOM əlavə edib ki, ABŞ qüvvələri Hörmüz boğazından keçən kommersiya gəmilərinin təhlükəsizliyini təmin etməyə və İranla əldə olunmuş razılaşmalara əməl olunmasına nəzarəti davam etdirəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости