https://news.day.az/azerinews/1844447.html
Dərnəgül yolunda dəhşətli qəza BAŞ VERİB - VİDEO
Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib. Day.Az NOCOMMENT-ə istinadən xəbər verir ki, saat 07:50-də Ziya Bünyadov prospektində, Dərnəgül yolunda BMW markalı avtomobil körpünün üzərində idarəetmədən çıxıb. Nəticədə, avtomobil yolun ortasındakı işıqlandırma dirəyinə çırpılıb.
Dərnəgül yolunda dəhşətli qəza BAŞ VERİB - VİDEO
Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.
Day.Az NOCOMMENT-ə istinadən xəbər verir ki, saat 07:50-də Ziya Bünyadov prospektində, Dərnəgül yolunda BMW markalı avtomobil körpünün üzərində idarəetmədən çıxıb. Nəticədə, avtomobil yolun ortasındakı işıqlandırma dirəyinə çırpılıb. Dirək isə aşaraq əks istiqamətdən öz yolu ilə hərəkətdə olan "Daewoo Gentra" markalı avtomobilin ön şüşəsini qıraraq salonuna girib.
Nəticədə, həmin avtomobilin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре