https://news.day.az/azerinews/1844645.html Babək rayonunda yol qəzası: 3 nəfər xəsarət alıb - FOTO Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndi ərazisində qeydə alınıb. Belə ki, 67-BM-140 dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı avtomobillə 75-AF-754 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Babək rayonunda yol qəzası: 3 nəfər xəsarət alıb - FOTO

Azərbaycanca, 28 июня 2026 23:30 (UTC +04:00) 333
Babək rayonunda yol qəzası:

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndi ərazisində qeydə alınıb. Belə ki, 67-BM-140 dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı avtomobillə 75-AF-754 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Babək rayonunda yol qəzası:
  • Babək rayonunda yol qəzası:
  • Babək rayonunda yol qəzası:
  • Babək rayonunda yol qəzası:
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости