https://news.day.az/azerinews/1844667.html Stiven Eustakio DÇ-2026-da ilk pley-off matçının ən yaxşısı seçildi Futbol üzrə Kanada millisinin yarımmüdafiəçisi Stiven Eustakio DÇ-2026-nın 1/16 final mərhələsində CAR-a qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib. İdman.Biz xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. Kanada millisinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə Eustakio həlledici qola imza atıb.

Stiven Eustakio DÇ-2026-da ilk pley-off matçının ən yaxşısı seçildi

Azərbaycanca, 29 июня 2026 06:28 (UTC +04:00) 297
Stiven Eustakio DÇ-2026-da ilk pley-off matçının ən yaxşısı seçildi

Futbol üzrə Kanada millisinin yarımmüdafiəçisi Stiven Eustakio DÇ-2026-nın 1/16 final mərhələsində CAR-a qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Kanada millisinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə Eustakio həlledici qola imza atıb. O, 90+2-ci dəqiqədə fərqlənərək komandasını 1/8 finala daşıyıb.

Növbəti mərhələdə Kanada millisi Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırkı dünya çempionu Argentina millisidir. Komanda 2022-ci ildə finalda Fransa ilə əsas vaxtı 3:3 hesabı ilə başa vurub, penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости