Şagirdinə qarşı əxlaqsızlıq edən müəllim

ABŞ-nin Nyu-Cersi ştatında 13 yaşlı şagirdini mütəmadi olaraq cinsi istismara məruz qoyan və onun iştirakı ilə qeyri-etik videolar çəkən qadın müəllim iki əsrə yaxın həbs cəzası ala bilər.

Day.Az xəbər verir ki, "New York Post" qəzetinin məlumatına görə, cari ilin mart ayında saxlanılan 36 yaşlı pedaqoq Eşli Fislerə qarşı irəli sürülən ittihamlar daha da ağırlaşdırılıb.

Zərərçəkmiş yeniyetmənin ifadəsinə əsasən, müəllimənin qeyri-qanuni əməlləri hələ 2020-ci ildə, onun cəmi 12 yaşı olarkən başlayıb və təxminən bir il boyu davam edib.

İstintaqın ilkin mərhələsində azyaşlının zorlanması, uşaqla amansız rəftar və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə ittiham olunan qadının cinayət işinə iyun ayında daha bir ağır fakt əlavə edilib.

Müstəntiqlər onun şagirdin iştirakı ilə pornoqrafik materiallar hazırladığını və saxladığını aşkarlayıblar.

Yeni ittihamların ardınca cinayəti sübuta yetiriləcəyi təqdirdə təqsirləndirilən müəllimi 200 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.