https://news.day.az/azerinews/1853563.html ABŞ və İran atəşkəsin uzadılmasına dair razılığa gəliblər - KİV ABŞ və İran İslamabad memorandumu çərçivəsində qüvvəyə minmiş mövcud 60 günlük atəşkəs rejiminin qüvvəsinin uzadılmasına dair razılığa gəliblər. Bu barədə "Anadolu" agentliyi Pakistan hökumətindən olan mənbələrinə istinadən xəbər yayıb. Mənbələrin məlumatına görə, hazırkı razılaşmanın müddəti avqustun 17-də başa çatır.

ABŞ və İran atəşkəsin uzadılmasına dair razılığa gəliblər - KİV

Azərbaycanca, 12 августа 2026 14:44 (UTC +04:00) 209
ABŞ və İran atəşkəsin uzadılmasına dair razılığa gəliblər

ABŞ və İran İslamabad memorandumu çərçivəsində qüvvəyə minmiş mövcud 60 günlük atəşkəs rejiminin qüvvəsinin uzadılmasına dair razılığa gəliblər.

Bu barədə "Anadolu" agentliyi Pakistan hökumətindən olan mənbələrinə istinadən xəbər yayıb.

Mənbələrin məlumatına görə, hazırkı razılaşmanın müddəti avqustun 17-də başa çatır.

 

Vaşinqton və Tehran artıq atəşkəs rejiminin uzadılmasına razı olduqları barədə vasitəçiləri məlumatlandırıblar.

"Hər iki tərəf vasitəçilərə müddətin uzadılmasına razı olduğunu çatdırıb", - deyə danışıqların gedişindən xəbərdar olan mənbə bildirib.

Hazırda tərəflər razılaşmanın konkret hansı müddətə uzadılacağını müəyyənləşdirmək üçün vasitəçilər vasitəsilə mesaj mübadiləsi aparırlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости