https://news.day.az/azerinews/1853732.html
Amerikada 1 milyard dollarlıq cekpot qazanılıb
ABŞ-nin İllinoys ştatında "Powerball" lotereyasının iştirakçısı 1 milyard dollardan çox məbləğdə cekpot udub. Bu barədə lotereyanın rəsmi saytında məlumat verilib. "İllinoysda "Powerball" tarixində səkkizinci ən böyük cekpot oynanılıb.
Amerikada 1 milyard dollarlıq cekpot qazanılıb
ABŞ-nin İllinoys ştatında "Powerball" lotereyasının iştirakçısı 1 milyard dollardan çox məbləğdə cekpot udub.
Bu barədə lotereyanın rəsmi saytında məlumat verilib.
"İllinoysda "Powerball" tarixində səkkizinci ən böyük cekpot oynanılıb.
İllinoysda satılan biletdəki nömrələr çərşənbə günü axşam tiraj zamanı çıxan altı nömrənin hamısı ilə üst-üstə düşüb. Bu, iştirakçıya 1,04 milyard dollar məbləğində cekpot qazandırıb.
Bu, cari ildə "Powerball" lotereyasında udulan ən böyük mükafat olub", - deyə məlumatda bildirilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре