https://news.day.az/azerinews/1853744.html Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib

Azərbaycanca, 13 августа 2026 16:07 (UTC +04:00) 148
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, 20 vaqondan ibarət, çəkisi 1400 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости