https://news.day.az/azerinews/1853773.html "Toxumçuluq haqqında" qanun təsdiqlənib Prezident İlham Əliyev "Toxumçuluq haqqında" qanunu təsdiqləyib. Qanun müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir.

"Toxumçuluq haqqında" qanun təsdiqlənib

Azərbaycanca, 13 августа 2026 16:12 (UTC +04:00) 168
"Toxumçuluq haqqında" qanun təsdiqlənib

Prezident İlham Əliyev "Toxumçuluq haqqında" qanunu təsdiqləyib.

Qanun müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir.

Qanuna toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil edilib, mövcud anlayışlar mahiyyətinə uyğun olaraq dəqiqləşdirilir.

Toxumçuluğun məqsəd və prinsipləri ətraflı şəkildə müəyyən edilib, sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda, qanunda toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur, toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, toxumların emalı, utilizasiyası, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir.

Sənəddə toxumçuluq sahəsində yeni elektron reyestrin yaradılması, toxum əməliyyatçılarının qeydiyyatının rəqəmsal qaydada aparılması, seleksiya nailiyyətləri, toxumluq əkinlər və bağlanmış müqavilələr barədə məlumatların vahid informasiya sistemində toplanması nəzərdə tutulub.

Qanun həm də toxumçuluq sahəsinin iqtisadi əsaslarını yeniləyir. Belə ki, qüvvədə olan qanuna əsasən yüksək nəsilli toxumlar kvota əsasında istehsal edilirdi ki, bu da bazar iqtisadiyyatı şəraitində rəqabəti əngəlləyirdi. Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla, özəl seleksiya və özəl ilkin toxumçuluğun inkişafına şərait yaradacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости