https://news.day.az/azerinews/1853781.html Türkiyədə güclü meşə yanğını başlayıb Türkiyənin Balıkesir vilayətinin Edremit rayonunun ərazisində yerləşən Kaz Dağlarının ətəklərində meşə yanğını başlayıb. Alovlar yaşayış məntəqələrinə qədər yaxınlaşıb. Bu barədə "Haber7" məlumat yayıb. Hazırda bölgəyə çoxsayda yanğınsöndürmə briqadaları səfərbər olunub, onlar alovu lokallaşdırmağa çalışırlar.

Türkiyədə güclü meşə yanğını başlayıb

Azərbaycanca, 13 августа 2026 17:00 (UTC +04:00) 148
Türkiyədə güclü meşə yanğını başlayıb

Türkiyənin Balıkesir vilayətinin Edremit rayonunun ərazisində yerləşən Kaz Dağlarının ətəklərində meşə yanğını başlayıb. Alovlar yaşayış məntəqələrinə qədər yaxınlaşıb.

Bu barədə "Haber7" məlumat yayıb.

Hazırda bölgəyə çoxsayda yanğınsöndürmə briqadaları səfərbər olunub, onlar alovu lokallaşdırmağa çalışırlar. Yanğın ocağından qalxan qatı tüstü Edremit körfəzinin bir çox nöqtəsindən görünür.

 

Məlumata görə, yanğın saat 14:00 radələrində Fatih məhəlləsində dağın ətəyində meydana gəlib. Sürəti saatda 65-70 kilometrə çatan külək alovun daha sürətlə yayılmasına təsir edib.

Alova havadan 9 təyyarə və 6 helikopterlə müdaxilə edilir. Bölgəyə həmçinin 11 yanğınsöndürən maşın və 5 su tankeri göndərilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости