Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində avqustun 13-də mina partlayışı hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb:
"Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır".
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", - deyə məlumatda qeyd olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре