https://news.day.az/azerinews/1855885.html Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Day.Az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a "Ermənistan" blokundan olan deputat Aqnessa Xamoyan bildirib.

Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb

Azərbaycanca, 25 августа 2026 10:12 (UTC +04:00) 135
Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Day.Az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a "Ermənistan" blokundan olan deputat Aqnessa Xamoyan bildirib.

Onun sözlərinə görə, sabiq prezidentin və kiçik oğlu Levon Köçəryanın evində, həmçinin ailəyə məxsus bir sıra obyektlərdə axtarışlar aparılıb.

Keçmiş prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan onun saxlanıldığını təsdiqləyib.

Mənbələrin məlumatına görə, vergi xidməti Köçəryan ailəsinə məxsus "Toyota" salonunu möhürləyib. "Orange Fitness" idman kompleksində də istintaq hərəkətləri aparılır.

Bir gün əvvəl Levon Köçəryanla Baş nazir Nikol Paşinyan parlamentdə sözlü mübahisə edib. Paşinyan deputatın bütün əmlakını əlindən alacağını və onun həmin əmlakı uşaqlarına və nəvələrinə miras qoymasının mümkün olmayacağını bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости