https://news.day.az/azerinews/1855891.html Azərbaycana gələn əcnəbilərin sayı AÇIQLANDI 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Azərbaycana gələn əcnəbilərin sayı AÇIQLANDI

Azərbaycanca, 25 августа 2026 10:58 (UTC +04:00) 149
Azərbaycana gələn əcnəbilərin sayı

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, gələnlərin 28,3%-i Rusiya Federasiyası, 20%-i Türkiyə, 7,9%-i İran, 4,7%-i Gürcüstan, 4,6%-i Qazaxıstan, hər birindən 3,2 % olmaqla Özbəkistan və Pakistan, 3,1% İsrail, 2,6% Hindistan, 2,5% Çin, 2,3% Səudiyyə Ərəbistanı, 1,6% Ukrayna, 1,3% Türkmənistan, 1,1% Almaniya, 1% Böyük Britaniya və 12,6% digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər təşkil edib.

Gələnlərin 67,4%-ni kişilər, 32,6%-ni isə qadınlar təşkil edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости