https://news.day.az/azerinews/1855911.html Ali təhsil müəssisələrinin qəbul planı 97 faiz dolub Bu il Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub. Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin "Abituriyent" jurnalının 6-cı nömrəsində yer alan "Ön söz"ündə qeyd olunub.

Ali təhsil müəssisələrinin qəbul planı 97 faiz dolub

Azərbaycanca, 25 августа 2026 12:08 (UTC +04:00) 132
Ali təhsil müəssisələrinin qəbul planı 97 faiz dolub

Bu il Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub.

Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin "Abituriyent" jurnalının 6-cı nömrəsində yer alan "Ön söz"ündə qeyd olunub.

Bildirilib ki, boş qalan plan yerlərinə ixtisas seçimi aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcəkdir.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости