Hollandiya 27 illik "Portuqaliya sindromuna" son qoydu
Day.Az представляет новость на азербайджанском языке
Martın 26-da baş tutan Portuqaliya - Hollandiya yoldaşlıq görüşü "narıncılar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Karuj (İsveçrə) şəhərinin "Stad d`Geneva" stadionunda keçirilən matçda Memfis Depay, Babel və Van Deyk fərqlənib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Hollandiya 27 ildən sonra ilk dəfə Pireney təmsilçisini məğlub edib. Sonuncu dəfə hollandlar rəqibinə 16 oktyabr 1991-ci ildə qalib gəlmişdi. 1992-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşma "narıncılar"ın minimal hesablı qələbəsi ilə yekunlaşmışdı.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре