İnternet istifadəçiləri üçün

Day.Az представляет новость на азербайджанском языке

Son zamanlar internet üzərində ən çox istifadə edilən veb brauzerlərdən biri də, "Google chrome" veb brauzeridir.

ATV.az-ın xəbərinə görə, demək olar ki, hər gün Azərbaycan da daxil olmaqla bütün dünyada minlərlə internet istifadəçisi məhz bu brauzerdən istifadə edərək internetdə müxtəlif əməliyyatlar həyata keçirir. Lakin "Google chrome" brauzerini "Google" şirkətinə aid olmayan qeyri rəsmi internet səhifələrindən yüklədikdə, kompüterinizə zərərli viruslar daxil ola bilər. Bu səbəbdən proqramçı "Google chrome" veb brauzeri yalnız rəsmi "Google" səhifəsindən yükləməyi tövsiyyə edir.     

Proqramçı Eyvaz Kərimov bildirir ki, bu qeyri qanuni yazılmalardan biri olan, "efast" brauzeri misal kimi göstərə bilər: "Hansı ki bu brauzer sizin komputerə sizdən icazəsiz yüklənir və yükləndikdən sonra sizə aid olan məlumatları, öz şəxsi bazasına yönləndirə bilir, və sizin işinizi çətinləşdirmək üçün səhifənizə qeyri-qanuni reklamlar yerləşdirə bilir, sizə olan məsləhətim isə antiviruslardan istifadə edin və əgər "google chrome"-dan istifadə edirsinizsə onu kompüterinizdən silib yenidəm tətbiq edin, təbii ki, "chrom"un rəsmi səhifəsindən".

Proqramçı deyir ki, "google chrome"a aid olmayan səhifələrdən bu cür brauzer yüklənirsə, kompüteriniz dərhal təhlükə altına düşür. Çünki qeyri-rəsmi brauzerlərdən gələn viruslar səhifələrinizdə yersiz reklamlar yerləşdirməklə yanaşı, şəxsi sosial şəbəkə hesablarınızda olan məlumatları da əldə edə bilər.

Hazırda "google chrome"la yanaşı ən çox istifadə edilən brauzerlər "Microsoft Internet Explorer", Mozilla Firefox və Safari və"Opera"dır. 2015-ci ilin yanvar ayına olan statistikaya görə internet istifadəçilərinin ən çox bəyəndikləri brauzerlər belə sıralanır: Google Chrome 61,9%, Firefox 23,4%, Internet Exploler 7,8%, Safari 3,8%,Opera 1,6%.

(Ətraflı məlumat üçün bu linkdən istifadə edin:  https://www.facebook.com/ITeamBaki/).

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
İnternet istifadəçiləri üçün - böyük təhlükə