https://news.day.az/unusual/401322.html
Atlantidanın varlığı ilə bağlı yeni faktlar ortaya çıxıb
Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, yapon və braziliyalı alimlər Rio de Janeyro yaxınlığında, Atlantik okeanında böyük miqdarda qranit aşkarlayıblar. Alimlər qranitin yalnız quruda meydana gəldiyinə diqqət çəkərək, tapıntının bir zamanlar su altında qalmış Atlantida qitəsinin varlığına bir sübut ola biləcəyini iddia ediblər. Qranit Yaponiyanın Dəniz Araşdırma və Texnologiya Qurumuna aid "Şinkay 6500" adlı sualtı qayıq tərəfindən tapılıb.
Mütəxəssislərin fikrincə, qranit milyon illər suyun dibində qalıb. Ancaq tapıntı üzərində və ya ətrafında insanın əl izini xatırladacaq heç bir əlamətə rastlanmayıb. Tədqiqatçılar araşdırmalar zamanı okeanın dibində suda formalaşması qeyri-mümkün olan xeyli miqdarda "kvars" gördüklərini də bildiriblər. Aşkarlanan tapıntılar araşdırmaların düzgün istiqamətdə olduğunu sübut etdiyini deməyə əsas verir.
Qeyd edək ki, Atlantida ilə bağlı bir çox iddialar olmasına baxmayaraq, bu qitənin varlığını sübut edən heç bir dəqiq məlumat yoxdur. Bu mövzuda araşdırma aparan tədqiqatçıların əksəriyyəti məşhur yunan filosofu Platonun yazdığı tarixi qeydlərə müraciət edirlər.
Platona görə, Amerika qitəsi ilə Afrika qitəsi arasında, Atlantik okeanında daha bir qitə mövcud olub. Yunan alimi öz qeydlərində həmin qitənin doqquz min il bundan əvvəl təbii fəlakət nəticəsində okeanın dibinə çökdüyünü yazıb. Ancaq alimlər Atlantidanın Troya krallığı kimi bir əfsanə olduğu fikrini də irəli sürürlər.

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре