Dünya Müsəlman ölkəsində 40 adamı araq öldürdü

Day.Az представляет новость на азербайджанском языке.

Pakistanın Kəraçi şəhərində 40 adam keyfiyyətsiz alkoqolun qurbanı olub. 

Milil.Az gazeta.ru-ya istinadən bildirir ki, bu barədə ARY News telekanalı yerli polisə istinadən məlumat yayıb.

Daha 14 nəfər xəstəxanaya çatdırılıb. Ölənlər arasında 2 qadın da var. 

Zəhərlənənlərin əksəriyyətini dini azlıq olan induistlər təşkil edir, onlar Holi bayramını qeyd edirmişlər. 

"İki gün əvvəl 65 min litr içki müsadirə etmişik, amma onun istehsal miqyası həddən artıq genişdir", - polis nümayəndəsi Nasim Ara Panvar deyib. 

Pakistanda alkoqol zavodları qanuni olaraq fəaliyyət göstərir. Yalnız müsəlmanlara spirtli içki satışı qadağandır. Dini azlıqların nümayəndələri və əcnıəbilər isə onu məhdud sayda satın ala bilərlər. 

2014-cü ilin oktyabrında tərkibində metanol olan içkilər 29 nəfərin həyatına son qoymuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.