https://news.day.az/society/549495.html
Azərbaycanda yol terroru davam edir: 6 ölü, 18 yaralı
Azərbaycanda yol terroru davam edir: 6 ölü, 18 yaralı

Day.Az представляет новость на азербайджанском языке.
Yanvarın 17-də Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 6 nəfərin həyatına son qoyub. Baş Dövlət Yol Polisi İdarəsindən lent.az-a verilən məlumata görə gün ərzində ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 6 nəfərdən başqa 18 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən qəzalar Yevlax, Sumqayıt, Quba, Ucar, Göygöl və Xızıda baş verib.
Hər bir faktla bağlı zəruri araşdırmalar aparılır.Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре