Məkkə faciəsinə səbəb olan kortej - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:
Bir kortejin Məkkədə 800-ə yaxın zəvvarın ölümünə səbəb olması ilə bağlı daha bir sübut ortaya çıxıb.
Ölkə.Az-ın avtosfer.az-a istinadən məlumatına görə, bu gün mətbuata sızmış videodan aydın olub ki, yolun bağlanmasına səbəb həqiqətən də kortej ola bilərdi.
Xatırladaq ki, Məkkədəki faciənin ilk günü verilən xəbərə görə, faciə baş verən məkanın yaxınlığındakı əsas yollardan birinin bağlanması səbəbindən hacılar uzun müddət ziyarətə qoşulmaq üçün gözləməli olublar.
Yolun açılmasından sonra isə gözləyən insanların sayının çox olması və onların hamısının birdən hərəkət etməsi səbəbindən sıxlıq yaranıb və məlum faciə baş verib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре