Eser Yenənlər keçmiş sevgilisi ilə üz-üzə gəldi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli aktyor Eser Yenənlər dostu İbrahim Büyükakın toyunda xoşagəlməz hal yaşayıb. 

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, toyda köhnə sevgilisi Dila Tarkanla qarşılaşan Eser nə edəcəyini bilməyib. Yanında hazırki sevgilisi Berfu Yıldız olan Eser həyəcan keçirib.

Bir müddət əvvəl Eser sevgilisi Dilanı səyahətə aparmaq üçün bankdan kredit götürmüşdü. Bu yaxınlarda verdiyi açıqlamada isə ayrıldıqdan sonra da həmin borcu ödədiyini demişdi. 

Qeyd edək ki, Eserin yeni sevgilisi "2015 Miss Turkey" yarışmasında 4-cü yer qazanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.