https://news.day.az/azerinews/1863077.html 27 Sentyabr - Anım Günü Varşavada qeyd olunub - FOTO 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Polşadakı səfirliyinin kollektivi və icma üzvləri Varşavanın Yuzef Polinski parkında general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

27 Sentyabr - Anım Günü Varşavada qeyd olunub - FOTO

Azərbaycanca, 27 сентября 2026 22:00 (UTC +04:00) 209
27 Sentyabr - Anım Günü Varşavada qeyd olunub

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Polşadakı səfirliyinin kollektivi və icma üzvləri Varşavanın Yuzef Polinski parkında general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Səfirlikdən Day.Az-a bildirilib ki, ziyarət zamanı Azərbaycan və Polşa xalqlarının azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış Süleyman bəy Sulkeviç və Vəli bəy Yadigarın mübarizə yolunun davamçıları olan, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Azərbaycanın Polşadakı səfiri Fuad İsgəndərov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tariximizdə mühüm yer tutduğunu, 27 Sentyabr - Anım Gününün isə Vətən uğrunda canlarından keçmiş şəhidlərə dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb.

Abidə önünə gül dəstələri qoyulub, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  • 27 Sentyabr - Anım Günü Varşavada qeyd olunub
  • 27 Sentyabr - Anım Günü Varşavada qeyd olunub
  • 27 Sentyabr - Anım Günü Varşavada qeyd olunub
  • 27 Sentyabr - Anım Günü Varşavada qeyd olunub
  • 27 Sentyabr - Anım Günü Varşavada qeyd olunub
  • 27 Sentyabr - Anım Günü Varşavada qeyd olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости