https://news.day.az/azerinews/1873566.html 34 kq narkotik keçirilməsinin qarşısı alınıb Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Day.Az-a verilən məlumata görə.

34 kq narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycanca, 11 ноября 2026 12:20 (UTC +04:00) 201
34 kq narkotik keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Day.Az-a verilən məlumata görə. Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqram 42 qram olan narkotik vasitə və 2 (iki) ədəd qatlanan tipli bıçaq aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости