https://news.day.az/azerinews/1873421.html Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Day.Az xəbər verir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir.

Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

Azərbaycanca, 10 ноября 2026 15:08 (UTC +04:00) 225
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər.

Day.Az xəbər verir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir.

Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarla zibilləndirilməsinə, kimyəvi maddələr və çirkab suları ilə çirkləndirilməsinə, eləcə də bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 7 500 manatdan 10 000 manatadək cərimə edilir.

Torpaqların və meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə də cərimələr nəzərdə tutulub. Bu pozuntuya görə fiziki şəxslər 600 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimələnə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости