https://news.day.az/azerinews/1873377.html Qazaxda avtomobil yanıb Qazax şəhərində "QAZ-24" markalı minik avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə barədə "112" qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Qazaxda avtomobil yanıb

Azərbaycanca, 10 ноября 2026 11:04 (UTC +04:00) 212
Qazaxda avtomobil yanıb

Qazax şəhərində "QAZ-24" markalı minik avtomobilində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə barədə "112" qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb. Nəticədə vətəndaşa məxsus avtomobilin mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости