https://news.day.az/azerinews/1873550.html 44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - YENİLƏNİB Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev qəfil vəfat edib. Day.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, C.Alıyev uzun illər Bərdə Rayon İcra və Probasiya Şöbəsində çalışıb. Daha sonra Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - YENİLƏNİB

Azərbaycanca, 11 ноября 2026 11:29 (UTC +04:00) 230
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi

Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev qəfil vəfat edib.

Day.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, C.Alıyev uzun illər Bərdə Rayon İcra və Probasiya Şöbəsində çalışıb. Daha sonra Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Şöbə rəisinin ürəktutmadan həyatını itirdiyi qeyd edilib.

________

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Day.Az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış.

Bu məqsədlə o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, lakin halı daha da pisləşib və təcili tibbi yardım çağırılıb.

Şöbə rəisi xəstəxanaya aparılarkən yolda vəfat edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости