https://news.day.az/azerinews/1873656.html Onlayn kredit alan zaman bunları mütləq bilmək lazımdır - VİDEO Kredit ödənişləri və faizlər bir çox insan üçün ciddi maliyyə yükünə çevrilib. Avtomobil, ev, telefon, toy, cehiz və övladlarının təhsil xərclərini qarşılamaq üçün kredit götürənlərin sayı artır. Artıq onlayn kredit əldə etmək üçün banka getməyə də ehtiyac yoxdur.

Onlayn kredit alan zaman bunları mütləq bilmək lazımdır - VİDEO

Azərbaycanca, 11 ноября 2026 16:51 (UTC +04:00) 192
Onlayn kredit alan zaman bunları mütləq bilmək lazımdır

Kredit ödənişləri və faizlər bir çox insan üçün ciddi maliyyə yükünə çevrilib. Avtomobil, ev, telefon, toy, cehiz və övladlarının təhsil xərclərini qarşılamaq üçün kredit götürənlərin sayı artır. Artıq onlayn kredit əldə etmək üçün banka getməyə də ehtiyac yoxdur. Lakin sosial şəbəkələrdə sürətli və sərfəli kredit təklifləri adı altında yayılan saxta elanlar vətəndaşları dələduzluq riski ilə üz-üzə qoyur.

Day.Az xəbər verir ki, kibercinayətkarlar bankların və kredit təşkilatlarının adından saxta səhifələr yaradaraq vətəndaşlardan kart məlumatlarını, mobil bankçılıq girişlərini və SMS təsdiq kodlarını tələb edirlər.

Əldə olunan məlumatlar hesabdakı vəsaitin oğurlanması ilə nəticələnə bilər. Mütəxəssislər kredit təkliflərinin həqiqiliyini yoxlamağı, yalnız rəsmi bank və kredit təşkilatlarına müraciət etməyi, müqavilə şərtlərini diqqətlə oxumağı və şəxsi məlumatları kənar şəxslərlə paylaşmamağı tövsiyə edirlər.

Oktyabrın 1-dən onlayn kreditlərin verilməsində risk əsaslı yeni yanaşma tətbiq olunur. Müraciətin xüsusiyyətlərindən və kredit məbləğindən asılı olaraq vəsaitin təqdim edilməsi 2 saatdan 24 saatadək çəkə bilər. Vətəndaşlar bank adından edilən zənglərdə nömrənin həqiqiliyinə diqqət yetirməli, şübhəli suallara cavab verməməlidirlər. Kart məlumatları və ya təsdiq kodları kənar şəxslərə ötürüldükdə, dərhal bankla əlaqə saxlanılmalıdır.

Ətraflı "ATV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости