Yağışlı havada bunu edən sürücülər CƏRİMƏLƏNƏCƏK
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yağışlı havada avtomobili idarə edərkən piyadalara su və ya palçıq sıçratmağın cəriməsi var.
Bu xəta İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsi (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən suyun və ya palçığın piyadalara, binalara və nəqliyyat vasitələrinə sıçradılması) ilə tənzimlənir. Sürücülər yağışlı və süni gölməçələr yaranan hava şəraitində sürət həddini tənzimləməli və piyadaların təhlükəsizliyini, eləcə də rahatlığını təmin etməlidirlər.
Bu qaydanın pozulmasına görə sürücülər 40 manat məbləğində cərimə olunurlar. Əgər belə bir hal baş verərsə və yaxınlıqdakı yol polisi əməkdaşı və ya ərazidəki müşahidə kameraları hadisəni qeydə alarsa, sürücüyə elektron protokol tərtib edilir. Həmçinin, piyada özü də hadisənin baş verdiyi vaxtı, yeri və avtomobilin dövlət qeydiyyat nişanını (nömrəsini) qeyd edərək hüquq-mühafizə orqanlarına şikayət etmək hüququna malikdir.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре