https://news.day.az/azerinews/1873731.html Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO Bakının Nizami rayonunda 8 binanın sökülməsi, sakinlərin isə köçürülməsi planlaşdırılır. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, söhbət əsasən köhnə yataqxanalardan gedir.

Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO

Azərbaycanca, 11 ноября 2026 21:16 (UTC +04:00) 176
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir

Bakının Nizami rayonunda 8 binanın sökülməsi, sakinlərin isə köçürülməsi planlaşdırılır.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, söhbət əsasən köhnə yataqxanalardan gedir.

Vüqar Oruc bildirir ki, yenidənqurma işlərinin bir hissəsinin dövlət, digər hissəsinin isə investorların vəsaiti hesabına aparılması nəzərdə tutulur. O, söküntünün planlaşdırıldığı əraziləri və ehtimal olunan kompensasiya məbləğlərini də açıqlayıb.

Cəmiyyət sədri vurğulayır ki, bu rəqəmlər yekun kompensasiya məbləğləri deyil. Ödənişlər qiymətləndirmənin nəticələri və müvafiq dövlət qurumlarının qərarları əsasında dəqiqlənəcək. Sakinlərin köçürülməsi zamanı hansı variantın təklif olunması isə konkret ərazidə həyata keçiriləcək layihədən asılı olacaq. 

Vüqar Orucun sözlərinə görə, proses mərhələli aparılacaq. Əvvəlcə mənzillərin və sakinlərin sayı müəyyənləşdiriləcək. Bundan sonra konkret bina ilə bağlı qərar veriləcək və sakinlər məlumatlandırılacaq. Söküntünün başlanacağı tarix və köçürülmə şərtləri də həmin mərhələdə aydınlaşacaq.

Daha ətraflı videomaterialı təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости