Röya-Səidə qalmaqalı yenidən alovlandı

"W-Trio" qrupunun keçmiş üzvləri- Xalq artisti Röya Ayxan və müğənni Səidə Sultan arasında qalmaqal yenidən alovlanıb. Belə ki, əvvəlcə S. Sultan MTV-yə müsahibəsi zamanı jurnalistin şou-biznesin nömrə 1 müğənnisi barədə verilən sualında Röyanın adını çəkməsinə Səidə belə reaksiya verib:

"Röya əziyyət çəkib, nə qədər konsertlər verib. Artıq o, sözünü deyib, özünü təsdiqləyib. Amma şou-biznes Xalq artistləri Aygün Kazımova və Röya Ayxandan ibarət deyil". 

"Qafqazinfo" xəbər verir ki, Səidə daha sonra sözügedən kanalda yayımlanan "10-da görüşək" proqramına qonaq olaraq "W-Trio"nun keçmiş üzvləri- Xalq artisti Röya Ayxan, Natavan Həbibi və Elnarə Xəlilova barədə sərt açıqlama verib. 

 

Səidə iddia edib ki, R. Ayxan onu sənətə gətirdiyini deyib və bu, münasibətlərin yenidən gərginləşməsinə səbəb olub:

"Hər şey o geyimdən başladı. Sən Xalq artistisən, mən də "sultan"am. Heç dəxli var? Mənim adım çəkiləndə özlərini qəribə aparırlar. Birdən üzüklərinin qaşı düşər. Bir az ayılın! Bunların üçü də qərara gəlməyiblər ki, məni bu sahəyə kim gətirib.  Hərəsi bir söz deyir! Siz kimsiz ki, mənim əlimdən tutub sənətə gətirəsiz? Mənim əlimdən tutub bu sənətə gətirən olmayıb. Üçünün də gözəl sənəti var, bu barədə heç nə deyə bilmərəm. Vaqif Gərayzadənin seçdiyi insanlar uğursuz ola bilməz". 

Röya Ayxan isə sözügedən ittihamlardan sonra instaqramda həmkarına cavab verib. Məşhur müğənni mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin "Bağışla" mahnısını repertuarına daxil edən Səidənin klipini paylaşaraq "Səidə ilə 1980-ci illərə qayıdaq? Bu gün ilk dəfə izlədim, çox bəyəndim, gözəl işdir və zəhmət var!",- deyə qeyd edib. 

Qeyd edək ki, Röya Ayxan ötən il yeni fotosessiyasını təqdim etmiş, N. Həbibi və S. Sultan Röyanın sözügedən layihəsi ilə onları təkrarladığını iddia etmişdi.