Təzə maşın almaq istəyənlər bu xəbəri

2018-ci ildən bu il oktyabrın 1-nə Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb. Təkcə 2024-ün yanvar-sentyabr aylarında isə Hacıqabul Sənaye Parkından 53,86 milyon manatlıq 1 901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsindən isə 25,9 milyon manatlıq 1 072 ədəd avtomobil realizə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil satışı təqribən 60% artıb. Sənaye zonalarında "Chevrolet", "Isuzu", "VGV", "UAZ", "Lada", "Khazar" və s. markalı avtomobillər istehsal edilib.

Görəsən, yerli yığım avtomobillər yaxın gələcəkdə bu uğurlu tendensiyanı davam etdirə biləcəkmi? Bu proses bazarda hansısa markaların satışına təsir edə bilərmi?

Bu maşınlar kəskin ucuzlaşdı - FOTO - ƏTRAFLI BURADA

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, zaman keçdikcə yerli yığım avtomobillərin çatışmazlıqları aradan qaldırılır və daha da mükəmməlləşdirilir:

"Azərbaycanda yaradılmış və avtomobili yığımı ilə məşğul olan sənayə zonaları uzunmüddətli perspektivdə nəzərdə tutulub. Ona görə də bu zavodların istehsal davamlılığı uzun sürəcək. Digər tərəfdən, həmin avtomobillərin keyfiyyətindən danışsaq, əlbəttə, ilk vaxtlar hansısa nöqsan və çatışmazlıqlar olsa da, bunları tənqid atəşinə tutmaq lazım deyil. Əksinə, bu addımı alqışlamaq lazımdır.

Sözsüz, istənilən işi quranda və layihəni quranda ilk öncə hansısa texniki qüsurlar ortaya çıxa bilir. Amma zamanla bu nöqsanlar aradan qaldırılır. Bu təkcə avtomobil industriyasında deyil, istənilən sahədə var".

Eyyub Əliyev qeyd edib ki, yerli istehsal maşınlar hansısa markaların bazarına ciddi təsir etmir:

"Onların yığılması avtomobil bazarında hansısa xarici markaların və idxal olunan nəqliyyat vasitələrinin satışına hansısa mənfi təsir etməyəcək. Mən həmişə qeyd etmişəm ki, bu avtomobillər hansısa digər markaların bazar payına çox kiçik bir faiz təsir edə bilər. Amma nəzərə alsaq ki, hazırda taksi parkımız yenilənir və yeni avtomobillərin istifadəsinə ehtiyac olur, o zaman yerli yığım maşınlar bu prosesdə mühüm rol oynayır.

Qarşıda bizi böyük utilizasiya prosesi gözləyir və bu avtomobillərin vacibliyi diqqət mərkəzinə çəkiləcək. Utilizasiya zamanı yerli yığım avtomobillər maksimum varinat olacaq. Ona görə də biz maksimum dərəcə yerli istehsalın əhəmiyyətinə bu tərəfdən baxmalıyıq".