https://news.day.az/azerinews/1862454.html Qazaxıstanda matəm elan edilib Qazaxıstanda hərbi qulluqçuların Manqistau vilayətində faciəvi şəkildə həlak olması ilə əlaqədar matəm günüdür. Day.Az xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Qazaxıstanda matəm elan edilib

Azərbaycanca, 25 сентября 2026 10:10 (UTC +04:00) 209
Qazaxıstanda matəm elan edilib

Qazaxıstanda hərbi qulluqçuların Manqistau vilayətində faciəvi şəkildə həlak olması ilə əlaqədar matəm günüdür.

Day.Az xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Respublika ərazisində dövlət bayraqları yarıya qədər endirilib, əyləncəli tədbirlər və televiziya kanallarında əyləncə proqramlarının yayımı ləğv edilib.

Qeyd edək ki, hadisə Xəzər dənizinin sahilində keçirilən təlimlər zamanı baş verib.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, Manqistau vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı havanın kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə sürükləniblər.

Məlumata görə, ümumilikdə 19 hərbçi dənizə düşüb.

Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış əməliyyatının əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, general-leytenant Dauren Kosanov rəhbərlik edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости