https://news.day.az/azerinews/1862366.html Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır - FOTO Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır - FOTO

Azərbaycanca, 24 сентября 2026 18:09 (UTC +04:00) 246
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır

Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun "20 Yanvar" stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların başlanğıc məntəqəsində dayanacaq pavilyonu quraşdırılıb.

Pavilyonların quraşdırılması Moskva prospektində, "20 Yanvar" dairəsindən "Şamaxinka" adlanan əraziyə gedən yolda cib tipli dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil edilməklə 4 pavilyon quraşdırılır.

Eyni zamanda, "Şamaxinka" adlanan ərazidə "20 Yanvar" metrostansiyası istiqamətində sərnişin axınının artımı nəzərə alınaraq mövcud 2 dayanacaq pavilyonunun yanında daha 1 pavilyonun quraşdırılmasına başlanılıb.

Bununla da vətəndaşların rahatlığı üçün Moskva prospektində 6 yeni müasir dayanacaq təşkil edilir.

  • Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
  • Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости